əri itaətdə saxlamaq

to keep one’s husband under one’s thumb (heel, hoof) / to wear the breeches / to be beneath (under) someone’s foot (feet) держать мужа под каблуком / держать мужа под башмаком
ərə getməmişdən əvvəl ikicanlı olmaq
əriməz (heç nə olmaz)
OBASTAN VİKİ
Maddalena Ventura əri və oğlu ilə
Maqdalena Ventura əri və oğlu ilə
Maddalena Ventura əri və oğlu ilə (isp. Maddalena Ventura con il marito e il figlio) və ya Saqqallı qadın (isp. Donna barbuta) — Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində (196 × 127) portret janrında çəkilmiş rəsm əsəridir. Əsər Madriddəki Prado muzeyinin kolleksiyasında saxlanılır. Təsvir edilən obyektin qeyri-adiliyinə görə portret XVII əsr Avropa rəssamlığının ən nadir nümunələrindən biri hesab edilir. Rəsmdə üzü sıx saqqalla örtülmüş və döşündən körpəsini əmizdirən qadın təsvir edilmişdir. Sol tərəfdə zəif işıq altında onun həyat yoldaşı təsvir edilmişdir. Sənədli iş xarakteri daşıyan bu əsərdə saqqal və kişi üz cizgilərinə malik qeyri-adi qadının mümkün qədər realistik təsviri yaradılmışdır. Buna görə də əsas qəhrəman ailəsi, o cümlədən həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə birlikdə təsvir edilmişdir. Rəsmdə uşağı əmizdirən böyük döş və qadın geyimi yeganə qadınlıq göstəriciləridir.